Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Gənclər “Elektron hökumət” barədə məlumatlandırılıblar

4025
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Elektron hökumət – müasir gəncliyin trendi” layihəsi çərçivəsində Ağdam rayonunda və Bakıda məlumatlandırma seminarları keçirilib.

“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsinə yekun vurub. Təşkilatın rəhbəri Rəşad Cəfərov bildirib ki: “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir gənc informasiya cəmiyyətinin yeniliklərindən xəbərdar olmalıdır. Belə ki, gələcəkdə vətəndaş-məmur əlaqələrinin daha çox “Elektron hökumət” üzərində qurulacağı labüddür və bu səbəbdən “Elektron hökumət”in təqdim etdiyi xidmətlərdən istifadə etməyi hər kəs bacarmalıdır. “Elektron hökümət”in qurulmasının sürətləndirilməsinin qarşısını alan əsas problemlərdən biri də gənclərin kifayət qədər məlumatlı olmamasını, elektron xidmətlərdən istifadə qaydalarını bilməməsini göstərmək olar. Həyata keçirilən bu layihədə sözügedən problemin qismən də olsa həll olunması üçün gənclər arasında maarifləndirmə işinin aparılması, müasir dövrün trendi olan “Elektron hökumət”ə aid olan – “Elektron imza”, “Elektron Hökumət” portalı, açıq hökumət məlumatları barədə geniş maarifləndirmə işinin görülməsi nəzərdə tutulub. Seminarlarda, həmçinin "Elektron hökumət"də gənclər üçün yaradılan imkanlar barədə məlumatlar verilib, məlumatların gənclərin hafizəsində möhkəmləndirilməsi məqsədilə diskussiyalar təşkil olunub. Seminarların daha praktik olması üçün gənclərə “Elektron Hökumət” portalı e-gov.az saytında autentifikasiya vasitələrindən olan istifadəçi adı və parolun əldə edilməsi qaydası da öyrədilib. "Elektron hökumət" quruculuğu çərçivəsində təşkil olunan bu seminarların məramı hər bir Azərbaycan gəncini e-xidmətlərdən istifadəyə təşviq etmək, ölkədə gedən rəqəmsallaşma prosesinin iştirakçısına çevirmək olub.”

Seminar iştirakçılarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron Hökumət” portalı ilə bağlı məlumat verilərək bildirilib ki, bu portal müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda “Elektron Hökumət” portalında 438 elektron xidmət mövcuddur. “Elektron Hökumət” portalı vasitəsi ilə, həmçinin arayışların elektron qaydada əldə edilməsi imkanı da yaradılıb ki, buna maraq daha böyükdür.

Qeyd edək ki, layihə çərçivəsində seminarlar Ağdam rayonunda və Bakı şəhərində təşkil olunub. Ümumilikdə seminarlara 300-ə yaxın gənc qatılıb. Seminar iştirakçıları əldə etdikləri bilik və məlumatlardan istifadə edərək həm öz həyatlarında istifadə edəcəklərini, həm də texnoloji avadanlıqlardan istifadə etməyi az bacaran valideynlərinə elektron xidmətlərdən istifadə etmələrinə köməkçi olacaqlarını bildiriblər.