Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Açıq Hökumət Məlumatları portalına daha dörd məlumat bazası əlavə olundu

2704
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Dünya təcrübəsinə nəzər saldıqda elektronlaşmanın yeni mərhələsi kimi hökumət məlumatlarının açıq edilməsi prosesinin artıq öz bəhrəsini verdiyini görmək mümkündür. Belə ki, açıq edilən ictimai məlumatlar əsasında hazırlanan mobil və veb tərtibatlar vətəndaşların gündəlik qayğılarını yüngülləşdirməklə yanaşı, eləcə də yüksək iqtisadi gəlir gətirir.

Cari ildən etibarən ölkəmizdə də "Elektron Hökumət" portalının inkişaf çərçivəsi genişləndirilmiş, ölkədə “E-Gov 3.0” mərhələsinə başlanılmışdır. Belə ki, yanvar ayında “data.gov.az” açıq məlumatlar portalı vətəndaşların istifadəsinə verilmişdir və hazırda data.gov.az portalında 25 adda məlumat bazası istifadəyə hazır edilmişdir. Həmçinin, tərəfimizdən açıq məlumatlar əsasında mobil və veb tərtibatların yazılması üzrə müsabiqə elan edilmiş və bir çox universitetlərdə və startupçılarla təşkil olunun toplantılarda bu sahə üzrə maarifləndirmə işləri aparılmışdır.

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin daha 4 adda açıq məlumat bazaları portala inteqrasiya edildi:

* İnternet saytın səhifəsinə interaktiv GoMap.Az xəritəsinin əlavə olunması

* Xəritəyə markerin əlavə edilməsi

* Xəritəyə bir neçə markerin əlavə edilməsi

* Xəritə üzərində kordinatlara görə ünvanın tapılması metodu

Portalda açıq edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar və hər bir məlumat üzrə yaradıla biləcək  mobil servislərin hazırlanma metodları barədə təlimatlar yerləşdirilmişdir. Sözügedən məlumat bazaları naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları əhatə edir.

Qeyd edək ki, hazırda açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, Azərsu ASC-nin və Dövlət Gömrük  Komitəsinin məlumatları yerləşdirilib. Apardığımız ilkin araşdırmalara görə əksər qurumların mülkiyyətində açıq edilməli məlumatlar vardır və həmin məlumatların proqram tərəfindən oxunaqlı formata gətirilərək portalda yerləşdirilməsi üçün lazımi işlər aparılır.