Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

27.01.2015

Elektron arayışlardan istifadə üzrə  AGBank "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa start verdi. Beləliklə AGBank kredit əməliyyatlarının aparılması prosesində e-arayışların tətbiqinə başladı.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

Elektron arayışların üstünlüyü aşağıdakılardır:

  • Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;
  • Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Bürokratik proseslər ləğv edilməsi;
  • İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;
  • Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Nəzərinizə çatdırmaq istəyirik ki, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı artacaq. Tezliklə belə arayışların sırasına,

  • Yaşayış yeri barədə elektron arayışın verilməsi;
  • Diplom  barədə elektron arayışın verilməsi;
  • Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
  • Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
  • Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi;
  • Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi;
  • Pensiya kapitalı barədə elektron arayışın verilməsi;
  • Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi qoşulacaqdı