Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirildi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirildi.

Görüşdə İctimai Şuranın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak etdilər.

İctimai Şuranın üzvlərinə “Tikintiyə icazə üçün elektron müraciət sistemi” və “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" layihələri təqdim olundu.

Qeyd edildi ki, təqdim edilən sistemlər aidiyyətli qurumlarla birlikdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən hazırlanmışdır.

İctimai Şuraya adıçəkilən lahiyələrin funksional imkanları, görülmüş işlər və növbəti addımlar barədə ətraflı məlumat verildi.

Daha sonra təqdim olunan layihələr ətrafında geniş fikir mübadiləsi aparıldı, Şura üzvlərini maraqlandıran suallar cavablandırıldı, rəy və təkliflər bildirildi.